İranın Gürcüstanda baş tutmayan terror aktı Azərbaycanda təkrarlana bilər ? -DEPUTATDAN XƏBƏRDARLIQ !
Noyabr ayında Gürcüstanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailin ən tanınan iş adamı İtsik Moşeni (Itsik Moshe) öldürmək üçün həyata keçirmək istədiyi uğursuz terror əməliyyatının təfərrüatları barədə rejimə müxalif “İran İnternational” saytı məlumat yayıb.
Bir neçə il əvvəl Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdə İran agentləri tərəfindən terror aksiyası keçirilməsinin qarşısını almışdılar. İsrail sinaqoqunun din adamını aradan götürmək planı qurulubmuş. Həmçinin Azərbaycandakı yəhudi əsilli insanlara qarşı terror planlayıblar. Eləcə də İran agentlərinin İsrailin ölkəmizdəki səfiri Mixail Loven-Lotemə qarşı sui-qəsd planının qarşısı Azərbaycan xüsusi xidmət orqanları tərəfindən alınıb.
İran-Azərbaycan münasibətlərinin kəskinləşdiyi indiki dövrdə bu təhlükə yenə qalırmı?
Millət vəkili Arzu Nağıyev “turanın səsi ” nə mövzunu şərh edərkən bildirib ki, İran və İsrail xüsusi xidmət orqanları arasında gərginlik daim var və bir-birinə qarşı çox ciddi əməliyyatlar həyata keçirirlər:
Arzu Nağıyev
“Hətta Tehranda son hadisələr vaxtı İran xüsusi xidmət orqanları məhz pozuculuq fəaliyyətində birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniya kəşfiyyatı, eyni zamanda İsrailin “Mossad” xarici kəşfiyyat xidmətini günahlandırırdı. Təbii ki, Səudiyyə Ərəbistanının kəşfiyyatının da adı çəkilirdi.
Son olaraq 16 yanvarda “İran İnternational” adlanan İran müxalifəti ilə əlaqəsi olan sayt belə bir məlumat yaydı ki, SEPAH-ın tərkibində xüsusi xidmət orqanları, eyni zamanda “Qüds” deyilən qurumlar var ki, əsasən xaricdə xüsusi əməliyyatlar keçirməklə məşğuldurlar. Bunlar “Əl-Qaidə” təşkilatı ilə əlaqəsi olan pakistanlılar vasitəsilə İsrail biznesmeni İtsik Moşeni Gürcüstanda öldürmək istəyiblər. Bu, saytın məlumatıdır. Belə əməliyyatlar xaricdə daim bir neçə xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Bu məlumatın nə dərəcədə düzgün olub-olmamasına baxsaq, görərik ki, həqiqətən də keçən ilin noyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məhz İran və Gürcüstan vətəndaşlarından ibarət iki nəfərin silah gətirməsi və bu silahın gələcəkdə sui-qəsddə istifadə olunması ilə bağlı həbs həyata keçirmişdilər”.
Deputat qeyd edib ki, İran xüsusi xidmət orqanları Azərbaycana qarşı da fəaliyyət göstərir:
“Son dəfə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar bunun bir daha sübutudur. Bu haqda İran və İsrailin bir-birinə qarşılıq verməsi artıq digər dövlətlər tərəfindən də öz təsdiqini tapır. Lakin tarixdə İran və İsrail xüsusi xidmət orqanları bir neçə dəfə Almaniya xüsusi xidmət orqanlarının vasitəçiliyi ilə barışıq etmək istəsə də bu alınmayıb.
Bu gün İran-Azərbaycan münasibətləri ilə bağlı artıq geniş kütlə də məlumatlara malikdir və qarşılıqlı məsələlərin nə ilə nəticələndiyini gördük. Buna baxmayaraq, Azərbaycan xüsusi xidmət orqanları daim bu istiqaməti nəzarətdə saxlayır.
Düşünürəm ki, Azərbaycanda tək yəhudilərə qarşı deyil, digər xarici ölkə vətəndaşlarına qarşı da həyata keçirilə biləcək və ya ehtimal olunan hansısa təxribatın və ya sui-qəsdin qarşısını almağa qadir xüsusi xidmət oranlarımız var. Bu istiqamətdə də ciddi işlər aparılır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09