İlham Əliyev dövlət büdcəsinə dəyişikliyi təsdiqlədi

0

Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Turanın səsi ” xəbər verir ki, büdcə gəlirləri 36 388 000 min manat, büdcə xərcləri 39 742 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753 min manat, yerli gəlirləri 775 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497 min manat, yerli xərcləri 784 803 min manat) təsdiq edilib.

Dövlət başçısı, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

İSF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 238 milyon manat saxlanılıb, amma Fondun gəlirlərinin strukturu dəyişib.

İşsizlikdən sığorta haqları ilə bağlı proqnoz 180 milyon manatdan 184,7 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan isşizlikdən sığorta daxilolmaları ilə bağlı proqnoz 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılıb, əvəzində Fondun istifadə olunmamış vəsaiti ilə bağlı proqnoz 57,95 milyon manatdan 53,25 milyon manata endirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir