İki xanım deputat yenidən namizəd olacaq
Milli Məclisin bitərəf deputatları Əminə Ağazadə və Ülviyyə Ağayeva növbəti parlament seçkiləndə iştirak edəcək.
Bu barədə turaninsesi.az – ın sorğusuna cavab olaraq deputatların özləri məlumat verib.
Əminə Ağazadə 62 saylı Kürdəmir seçki dairəsində namizədliyini irəli sürəcək. O, bundan əvvəl də Kürdəmirdən deputat seçilib.
Ülviyyə Ağayeva isə 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd olacaq. Xanım deputat V və VI çağırışda da parlamentdə mandat qazanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI