İki hərbçiyə general-leytenant, dördünə general-mayor rütbəsi verildi
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
“turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Kənan Əlihüseyn oğlu Seyidova
general-mayor Ağamir Əzizxan oğlu Sultanova
general-mayor ali hərbi rütbəsi
polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə
polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə
polkovnik Anar Tofiq oğlu Hüseynova
polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova
kontr-admiral ali hərbi rütbəsi
1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.