“Azərbaycan cəmiyyətinə rentiqrasiyası üçün xüsusi inzibatı metodlara əl atılmasına ehtiyac yoxdur”-DEPUTAT

“Revanşist niyyətlərdən uzaq duran erməni əsilli sakinlərini Azərbaycan cəmiyyətinə renteqrasiyasının effektivliyi üçün bu prosesə regiona yad olan ünsürlərin, həmçinin riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir.

Belə olan halda Azərbaycan cəmiyyəti ən azı Sovet dövrünün 70 illik birgəyaşayış təcrübəsinə əsaslanaraq, heç bir xüsusi zəruri tədbirlərə ehtiyac olmadan reinteqrasiyanı uğurla reallaşdıra biləcək”.

Turanın səsi ” xəbər verir ki , bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Yaxın Şərqdən, digər ərazilərdən qanunsuz köçürmə cinayətinin subyekti kimi bölgəyə gətirilməyən, hazırda Azərbaycan bayrağı altında Azərbaycan qanunları çərçivəsində yaşamağa razı və hazır olan hər bir Qarabağ ermənisi Azərbaycan cəmiyyətinin tərkib hissəsi ola, bu prosesdə inkişaf və tərəqqidən faydalanaraq Azərbaycan dövlətinin inkişafına öz tövhəsini verə bilər:

Qarabağın erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə renteqrasiyası artıq başlayıb, proses kifayət qədər rəvan şəkildə könüllülük əsasında davam edir. Bakının bu prosesdə mövqeyi aydındır. Azərbaycan ərazisində əvvəldən vətəndaşlıq hüququ olan, sonradan Yaxın Şərqdən, digər ərazilərdən qanunsuz köçürmə cinayətinin subyekti kimi bölgəyə gətirilməyən, hazırda Azərbaycan bayrağı altında Azərbaycan qanunları çərçivəsində yaşamağa razı və hazır olan hər bir Qarabağ ermənisi Azərbaycan cəmiyyətinin tərkib hissəsi ola, bu prosesdə inkişaf və tərəqqidən faydalanaraq Azərbaycan dövlətinin inkişafına öz tövhəsini verə bilər. Möhtərəm Prezidentin özünün də dediyi kimi Qarabağın erməni əsilli sakinləri Azərbaycanın digər vətəndaşları kimi istər qanunvericiliklə, istərsə də əlavə sosial tədbirlərlə müəyyən olunan bütün haqlardan, hüquqlardan istifadə edə və bu cəmiyyətin tam hüquqlu üzvünə çevrilə bilər. Bu mənada ermənilərin Azərbaycan cəmiyyətinə rentiqrasiyası üçün xüsusi inzibatı metodlara və yaxud digər müəyyən olunmamış üsullara əl atılmasına ehtiyac yoxdur. Öz axarı ilə davam etməkdə olan prosesin reallaşması üçün bütün zəruri infrasturuktur, o cümlədən Azərbaycanın aidiyyəti dövlət sturukturlarının əməkdaşları artıq Xankəndidə fəaliyyət göstərir. İndiki məqamda Qarabağın Azərbaycan qanunları və bayrağı altında yaşamağa razı olan, revanşist niyyətlərdən uzaq duran erməni əsilli sakinlərini Azərbaycan cəmiyyətinə renteqrasiyasının effektivliyi üçün bu prosesə regiona yad olan ünsürlərin, həmçinin riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir. Belə olan halda Azərbaycan cəmiyyəti ən azı Sovet dövrünün 70 illik birgəyaşayış təcrübəsinə əsaslanaraq, heç bir xüsusi zəruri tədbirlərə ehtiyac olmadan reinteqrasiyanı uğurla reallaşdıra biləcək”.

Qeyd edək ki, hazırda Qarabağda 50-1000 erməni sakinin olduğu bildirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir