Gəncə terrorundan 3 il ötür-DEPUTAT detalları açıqlayır

0

3 il əvvəl, məhz bugünkü tarixdə Ermənistan humanitar atəşkəsdən sui-istifadə edərək, Gəncənin əhalisi sıx olan yaşayış hissəsini hədəfə almaqla beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu alçaqcasına terror hücumu ilə Ermənistan soyqırım siyasətinin müasir dövrdə, XXI əsrdə də davam etdirdiyini dünyaya göstərdi.

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hadisədən sonra baş verənlər BMT və Avropa İttifaqı tərəfindən qınandı, amma təəssüflər olsun ki, bu gün Ukraynaya atılan hər güllənin hesabını soran Qərb ictimaiyyəti, beynəlxalq təsisatlar, hətta ATƏT-in o zamankı Minsk qrupunun həmsədri olan dövlətlər bu barədə bir kəlmə də olsun danışmamağa üstünlük verdilər.

“Erməni vandalizmi və Ermənistanın soyqırım siyasətinə göz yumdular. 100 il əvvəlki “soyqırım” “qurbanları”nın məzarı başında göz yaşı tökən Pelosilər körpələrin yatdığı yerdəcə raket zərbəsi ilə öldürülməsini soyuqqanlıqla, sanki belə olmalı imiş kimi qəbul etdilər. Hətta sonrakı dönəmdə bu vəhşilikləri törədənlərin Avropa paytaxtlarında əllərini iki əllə sıxanlar oldu. Bax bu səbəblər bizə imkan verir ki, Ukrayna-Rusiya münaqişəsində ərazi bütövlüyü, insan haqları davası aparan Qərbin ikiüzlü və siyasi məqsədlər güdən avantüristlər olmasını bəyan edək.
Azərbaycan, əlbəttə, belə bir şəraitdə vətəndaşının qisasını beynəlxalq ikiüzlü təsisatlara, güc mərkəzlərinin hüquq sisteminə etibar edərək gözləyə bilməzdi. Bilirsiniz ki, Gəncəyə hücuma cavab olaraq Müzəffər Ali Baş Komandanın əmri ilə Ordumuz bütün istiqamətlərdə düşmən qüvvələrinə sarsıdıcı zərbələri davam etdirmiş, Füzuli şəhəri və bir sıra kəndlərimiz işğaldan azad olunmuşdur.
Azərbaycan Gəncə terroruna Ermənistanda mülki əhalini hədəfə almadan, yalnız döyüş meydanında cavab verməklə müharibə adət və normalarına sadiq qaldığını əməli formada göstərərək dünyaya beynəlxalq humanitar hüquq dərsi keçdi.
Əlbəttə, biz Gəncənin, Tərtərin, Bərdənin qisasını döyüş meydanında misli ilə almışıq. Lakin 3 il idi ki, hüquq müstəvisində də Qarabağ və Zəngəzurda, eləcə də Gəncəbasar zonasında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyan hər bir caninin cəzalandırılması bizim üçün prinsipial məsələ idi. Bu gün qürurla həmin canilərin qolu qandallı şəkildə Azərbaycan ədalət mühakiməsi önündə diz çökdüyünə şahidlik edirik. Heç şübhəsiz ki, Gəncə şəhidlərinin ruhu bu gün şaddır. Möhtərəm Prezidentin qətiyyəti, onun direktivləri altında hüquq-mühafizə orqanlarımızın peşəkarlığı ilə Azərbaycan artıq hüquq müstəvisində də tarixi ədaləti təmin etməkdədir”

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir