“Fransa Senatı kimi Amerika Konqresi də erməni lobbisinin təsir dairəsinə düşüb”-DEPUTAT

0

“Dünyanın bir çox coğrafiyalarında əli günahsız insanların qanına batan, Latın Amerikası, Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə cinayətlər törədən Birləşmiş Ştatların bu gün Azərbaycanı nədəsə ittiham etməsi sözün həqiqi mənasında siyasi əxlaqsızlıqdır. Birləşmiş Ştatların Azərbaycanı ittiham etməsinin nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Çünki Qarabağda minlərlə insanın qanının axmasında günahkar olanlardan biri də məhz Amerikadır”.

Turanın səsi ” xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələri şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, zamanında Birləşmiş Ştatlar təmsil olunduğu ATƏT-in Minsk qrupunda səmərəli fəaliyyət ortaya qoyub problemin sülh yolu ilə həllinə çalışsaydı, o zaman minlərlə insanın həyatına son qoyan İkinci Qarabağ müharibəsi də baş verməzdi:

“Amerika başda olmaqla ATƏT-in Minsk qrupu ötən 30 il ərzində yalnız ona çalışdı ki, keçmiş status-kvo saxlanılsın, Azərbaycan işğal faktı ilə barışsın və torpaqlarının Ermənistanda qalması reallığını qəbul etsin. Ancaq Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan Cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, bizim səbrimiz sonsuz deyil və heç bir halda torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Belə də oldu və Azərbaycan 44 günlük müharibədə işğal altında olan ərazilərini düşməndən azad etdi”.

İqbal Məmmədovun sözlərinə görə, cərəyan edən proseslər onu deməyə əsas verir ki, Azərbaycanın tarixi zəfəri təkcə Ermənistana zərbə olmayıb, həm də bu zərbə onun havadarları, münaqişənin bitməsini istəməyən dövlətlərə dəyib:

“Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etməklə həm də Amerikaya, Fransaya zərbə vurmuş oldu, onların dünyada olan nüfuzunu yerə çırpdı. Dünyaya sübut etdi ki, qlobal güc kimi tanınan Amerika, Fransa kimi dövlətlərin həll edə bilmədiyi problemi Azərbaycan təkbaşına çözdü. Ona görə də Qərbdən, Avropadan, okeanın o tayından Azərbaycana qarşı olan hücumları başa düşmək olar. Çünki Azərbaycan tarixi zəfəri ilə bu ölkələrin Cənubi Qafqazdakı maraqlarına zərbə vurub, onların regiondakı fəallığını minimuma endirib”.

İqbal Məmmədov, “Görünən odur ki, Fransa Senatı kimi Amerika Konqresi də erməni lobbisinin təsir dairəsinə düşüb və konqresmenlər erməni lobbisinin maliyyəsinin girovuna çevrilib. Əks halda Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışmazdılar”, -deyə bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir