Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər MSK-ya təqdim edilib
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə Fazil Mustafa ” Turanın səsi ” nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sənədlər bu gün MSK-ya təqdim edilib.
Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI