Fəzail İbrahimli seçkiyə qatılmır?
2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Altıncı çağırış Milli Məclisdə təmsil olunmuş deputatlar arasında da yenidən namizədlik haqqında düşününlər az deyil.
Altıncı çağırış Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin seçkilərə yenidən qatılıb-qatılmayacağı dəqiqləşməyib:
“Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında onun özü bildirib.
“Vətəndaş Həmrəyliyi Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Hər bir üzvümüzün partiyadan səlahiyyət alaraq, seçkidə iştirak etmək haqqı var. Hər bir şəxs namizədliyini irəli sürə bilər. Hansı dairədən şəxsin namizəd olacağı da müzakirə obyektidir. Müzakirələrdən sonra nəticələr elan olunacaq. Vətəndaş Həmrəyliyi Partiyası üzvlərinin hansı dairədən namizəd olacağı üzərində çalışır. Partiyanın neçə nəfər namizədlə hansı seçki dairələrində mübarizə aparacağı bu çalışmaların nəticəsində müəyyən olacaq. Mənim namizədliyim məsələsi də həmçinin”.
Fəzail İbrahimli ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024) Məclisin üzvü olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI