Etibar Əliyev Milli Məclisdəki gündəm olan çıxışından danışdı: “Şərəfsizlikdir…“
Millər vəkili Etibar Əliyevin Milli Məclisdə etdiyi çıxış zamanı nitqində yanlışlığa yol verməsi haqda video sosial şəbəkələrdə paylaşılıb.
“Turanın səsi” xəbər verir ki, deputat bu yanlışlığa görə onu tənqid edənlərə sərt cavab verib.
E. Əliyev bildirib ki, nitqdə səhvə yol vermək olar və bu, hər kəsdə mümkündür:
“Qəfil kompüterim söndü və görkəmli şəxslərdən birinin fikrinin təhrif olunmaması üçün bir anlıq təkrarladım.
Bəzi nadanlar və dəyyuslar bunu əldə bayraq edərək paylaşır və çıxışımı məsxərəyə qoyurlar.
Demək istəyirəm ki, Milli Məclisdə etdiyim 90 -a yaxın çıxışı və televiziya çıxışlarımı da diqqətlə izləyin və səhv tutmağa çalışın. Nadanlara qoşulanlar məni təəccübləndirmir, çünki sosial şəbəkələrdə bir qaragüruhçuluq və savadsızlıq kabusu dolaşmaqdadır. Bu da bir virusdur, koronavirusdan betər…
Fikri kontekstdən çıxarmaq isə başqa şərəfsizlikdir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI