“Ermənistan bir deyil, bir neçə ağası olan nökərdir” – DEPUTAT
Nəsib Məhəməliyev: “İrəvanın ziddiyyətli bəyanatları məhz bundan qaynaqlanır”
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın guya Ermənistanın 31 kəndini işğal etdiyi ilə bağlı sərsəm bəyanatla çıxış edib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev, bunu Ermənistan tərəfinin növbəti böhtanı kimi dəyərləndirib, Azərbaycanın bir neçə kəndinin hələ də erməni işğalı altında olduğunu vurğulayıb:
“Ermənistan parlamenti sədrinin bəyanatı böhtan xarakteri daşıyır. Müharibədən üç ildən artıq vaxt keçəndən sonra ermənilər ayılıb görürlər ki, sən demə Azərbaycan bunların 31 kəndini işğal edib. Adama deyərlər, kəndlərin iişğaldadısa, zəhmət çək, delimitasiya, demarkasiya işlərinə başla. Danışıqlar vasitəsilə ərazinin sənə məxsus olmasını sənədlərlə sübut etməyinə nə mane olur.
Əksinə, Ermənistan Azərbaycana məxsus 8 anklav kəndi işğal altında saxlamaqda davam edir.
Simonyanın bəyanatı qeyri-ciddi yanaşmadır və əsas məqsəd sülh müqaviləsinin imzalanmasını ləngitməkdir. Əgər belə olmasaydı, Ermənistan Azərbaycanın sülh təkliflərinə 70 gündən sonra cavab verməzdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan səmimiyyətdən uzaqdır və ölkə xaricindən verilən tapşırıqları yerinə yetirməklə məşğuldur. Hazırki şəraitdə bölgədə dayanıqlı sülhün əldə olunmasından önəmli nə var.
Ümumiyyətlə, qəbul etmək lazımdır ki, erməni siyasətçiləri ziddiyətli bəyanatlarla təəccübləndirməyi bacarırlar. Bu da, Ermənistanın müstəqil olmamasının, ümumiyyətlə, yarandığı gündən yanlış siyasətinin nəticəsidir.
Bir nökərin bir neçə ağası olanda, adətən belə hallar çox olur”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI