Əli Hüseynli: “Xarici səfirlər düşünülməmiş bəyanatlar verirlər”

Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlər, diplomatik nümayəndələr Azərbaycanın daxili işlərinə müdaxilə edirlər.

turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, hazırlanan bu qanun layihəsi həm də ölkəmizdə fəaliyyət göstərən diplomatlar üçün bir nümunədir: “Onlar düşünülməmiş bəyanatlar verirlər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI