Əli Əsədov DTX və XKX barədə mühüm qərar imzaladı
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, habelə DTX və ya Xarici Kəşfiyyat Xidmətində (XKX) həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.
“Turanın səsi ” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, yuxarıda nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI