Əli Əsədov: Deputatların bəzi təklifləri ilə razı deyilik

Baş nazir deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını deyib.
“turaninsesi.az” xəbər verir ki, Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisdə səsləndirilən təkliflərə münasibət bildirib.
O qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərin bəziləri ilə prinsipcə razı deyil:
“Bəzi təkliflərin isə yeri var. Bu məsələlər nəzarətə götürüləcək, hökumət və onun müvafiq qurumları tərəfindən addımlar atılacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI