Elə bil, böyük qardaşımı itirmişəm – Rövnəq Abdullayev 

0

“Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm”. 

Turanın səsi ” xəbər verir ki, bunu mərhumla keçirilən vida mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib. 

O bildirib ki, Xoşbəxt Yusifzadə çox optimist insan idi: “O, işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, “Sən cavanlardan daha çox operativsən”. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O, bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir