DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
“Turanın səsi ” xəbər verir ki , bu barədə DTX-dən məlumat verilib.
Bildirilib ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI