Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi, general rütbəsi verildi – YENİLƏNDİ-DOSYE

Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

turaninsesi.az ”ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib.

***

13:35

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinə yeni birinci müavin təyin edilib.

turaninsesi.az ” xəbər verir ki, bu vəzifəyə Yaşar Əməşov gətirilib.

O, bu təyinatadək Milli Məclis Aparatı rəhbərinin müavini postunda çalışıb.

Qeyd edək ki, Yaşar Allahqulu oğlu Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub. 

1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 

1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib.

1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 

2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 

2018–2019-cu illərdə Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 

2019–2020-ci illərdə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

İnformasiya təhlükəsizliyi sahəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur və bu sahədə bir çox elmi məqalənin müəllifidir.

Azərbaycan Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

3-cü dərəcə dövlət müşaviridir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Arzu Paşaqızı