DEPUTAT : ” Xalqımız haqqlı olaraq, öz Ordusu ilə fəxr edir “

0

22 May, 1998- ci ildə Prezident Heydər Əliyevin sərəncamına əsasən, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. 105 yaşlı Silahlı Qüvvələrimizin keçdiyi həyat yoluna diqqət etdikdə birmənalı demək olar ki, Milli Ordumuz ən şərəfli dövrünü yaşamaqdadır.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Vətən müharibəsində Silahlı Qüvvələrimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən ən vacib vəzifənin öhdəsindən layiqincə gəldi. Cəmi 44 gün ərzində, olduqca mürəkkəb relyefə malik coğrafi şəraitdə, bir çox dünya güclərinin dəstəklədiyi ,,intellektual,, Ermənistan ordusunu darmadağın etməklə, 30 illik işğala son qoyuldu. Yüz ildən bəri geniş şəkildə təbliğ olunan ,,məğlubedilməz,, erməni mifinə sağalmaz yara vuruldu.
Bu sətirləri yazarkən, qeyri-ixtiyari olaraq ritorik sual qarşıma çıxdı. Qalib Ordunun əsgəri, zabiti, generalı, komandanı olmaqdan böyük xoşbəxtlik ola bilərmi?! İyirminci əsrin sonlarında ikinci dəfə müstəqilliyini elan etmiş Respublikamız, erməni separatçılığı ilə üzləşdi və 20 % torpaqlarını itirdi. Minlərlə şəhid verməsinə rəğmən, nizami ordunun, vahid komandanlığın olmaması, siyasi qüvvələr arasında gedən hakimiyyət davası, xalqımıza ağır faciələr yaşatdı. Xalqın qüruru sındırıldı. Cəmiyyətin bütün sahələrində əldə olunan inkişafa, dövlətin, ordunun güclənməsinə baxmayaraq, “erməniyə məğlub olmaq” kimi alçaldıcı hiss, xalqı rahat buraxmadı.
30 il ərzində, beynəlxalq təşkilatların apardıqları danışıqlar, ancaq və ancaq işğal faktorunun ermənilərin xeyrinə rəsmiləşdirmək üçün, status-kvonun saxlanmasına hesablanmışdı. Ümid yalnız Azərbaycan əsgərinə və olduqca mürəkkəb, bir-birinə zidd geosiyasi qüvvələrin neytrallaşdırılmasını təmin etməli olan Ali Baş Komandana idi. Risklərin böyük olmasına baxmayaraq, Azərbaycan xalqı, Silahlı Qüvvələri, tarixinin ən ağır sınağından üzüağ çıxdı. Sınmış qürurumuz bərpa olundu. Ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, dostlarımızın sayı kəskin artdı. Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatları təhlil olunur, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.
İşğal faktoru aradan qaldırılsa da, müharibə riskləri qalmaqdadır. Silahlı Qüvvələrimiz günü-gündən daha da güclənir, ən yeni silahlarlar, döyüş texnikası ilə təchiz olunur. Qardaş Türkiyə ilə əldə olunmuş razılığa əsasən, NATO standartlarına uyğunlaşdırılır. Ən çətin coğrafi şəraitdə döyüş əməliyyatlarını yerinə yetirə bilən “komando” birlikləri yaradılır.
Xalqımız haqqlı olaraq, öz Ordusu ilə fəxr edir. Artıq üçüncü ildir ki, tam fərqli hisslərlə qeyd olunan BAYRAM münasibətilə, başda Müzəffər Ali Baş Komandan olmaqla, Silahlı qüvvələrin bütün şəxsi heyətini təbrik edir, açıq səma, əmin-amanlıq arzulayıram.
BAYRAMINIZ MÜBARƏK!!!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir