Deputat : “Üçrəngli bayrağımızın Qərbi Azərbaycanda dalğalanacağı gün uzaqda deyil “
“Cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, qətiyyətli siyasəti nəticəsində necə ki, biz Qarabağa və Şərqi Zəngəzura qayıtdıqsa, eləcə də Qərbi Azərbaycana dönəcəyik. Əminəm ki, bu tarixi torpaqlarımıza qayıdacağımız gün elə də uzaq deyil”.
” Turanın səsi ” Ednews-a istinadən xəbər verir ki , bunu açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, 44 günülük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıtmağa hüququ zəmin və ümid yaradıb. “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində xalqımız son 270 ilində analoqu olmayan möhtəşəm bir Zəfər yaşadı. Ötən 270 il ərzində xanlıqlara parçalanan Azərbaycan faciəsini 2020-ci ilin sentyabrınadək yaşamaqda davam edirdi. Məhz cənab Prezidentin siyasi iradəsi, diplomatik məharəti, sərkərdəlik bacarığı nəticəsində bunlara ilk dəfə son verildi və işğal altında olan torpaqlarımız azad edilərək, ərazi bütövlüyümüz bərpa olundu. Bu artıq yeni bir mərhələnin, tarixi torpaqlarımıza dönüş üçün başlanğıc oldu. İnsanlarımızda öz tarixi torpaqlarına sahibləməsi üçün bir inam çırağı oldu. Bu tarix elə də uzaqda deyil”- o qeyd edib.
Deputat hesab edir ki, tarixi torpaqlarımıza qayıdşı təmin etmək üçün beynəlxalq aləmdə aktiv işləyib, erməni saxtakarlığını ifşa edib, bunun üçün hüquqi zəminlər yaratmalıyıq: “Ona görə də cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasətə dünyada yaşayan bütün azərbaycanlılar, diaspora təşkilatları, diplomatlarımız öz töhfəsini verməlidir. Həqiqətləri beynəlxalq ictimayyətə çatdırılması istiqamətində ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı indiyədək yürütdüyü deportasiya, soyqırım siyasətinin mahiyyəti açıqlanmalı və bu faktlarla ortaya qoyulmalıdır. Bu haqq mübarizəsinin qələbə ilə nəticələnməsi üçün xarici ölkələrdə davamlı və aktiv şəkildə ən müxtəlif səviyyələrdə toplantılar təşkil edilməli, mediada çıxış edilməlidir. Dövlətlərin ən müxtəlif səviyyəli insanları, parlamentariləri ilə işlər görülməlidir. Ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırım və deportasiya siyasətinə hüquqi qiymət verilməsi üçün beynəlxalq məhkəmələrə sənədlər hazırlanmalıdır.
Ümumiyyətlə bu məsələnin beynəlxalq aləmdə geniş miqyasda ictimailəşdirilməsi üçün ciddi işlər görməliyik. Əminəm ki, biz bu işləri planlı və aktiv formada həyata keçirsək Qarabağı, Şərqi Zəngəzuru azad etdiyimiz kimi, tarixi Qərbi Azərbaycan torpaqlarında da üçrəngli Azərbaycan bayrağı dalğalanacaq heç də uzaq gün və tarixdə deyil, yaxında baş verəcək. Biz hamımız Qarabağ və Şərqi Zəngəzurun azadlığını gördüyümüz kimi, Qərbi Azərbaycandakı doğma ata yurdlarımıza dönüşün şahidi olacağıq. Cənab Prezidentin rəhbərliyi altında yürütdüyü müdrik siyasət nəticəsində bu tarixi qələbəni də yaşayacayıq”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09