Deputat: “Türk Dövlətləri birliyinin möhkəmlənməsi beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi şərtləndirir “
Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş mühüm sənəd kimi yadda qaldı.
Bu fikirləri “turaninsesi.az ” a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
O qeyd edib ki, sənəddə Türkiyədə baş verən zəlzələdə qeydə alınan müddəada Türk dövlətlərinin təbii fəlakət zamanı zərər çəkmiş şəxslərə yardım göstərməsi qardaş ölkələrin birliyindən xəbər verir. Sənəddə siyasi və humanitar yaxınlıqla yanaşı, iqtısadi birlik də önəmli yer alıb.
Milli Məclisin deputatı qeyd edib ki, bu birliyin möhkəmlənməsi nəticəsində təbii fəlakət zamanı qarşılıqlı yardım, sərmayə yatırımı, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi şərtləndirir.
Onun sözlərinə görə, bundan başqa türk dövlətləri Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin formalaşmasında əhəmiyyətli rola malikdirlər.
DEPUTAT VURGULAYIB : ⤵️ ⤵️ ⤵️
✔Bu fakt Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin əməkdaşlıq əlaqələrini inkişaf etdirməsini zərurətə çevirir.
✔Bu birlik dünyanın iki böyük qitəsini birləşdirməklə, yalnız təşkilata üzv dövlətlərin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük və faydalı töhfə verəcək.
✔ Bu sənəd eyni dilə və mədəniyyətə sahib olduğumuz türk xalqlarının əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinə səbəb olacaq.
✔Bu nüanslar Türk dünyasının qlobal güc olmaq yolunda sürətlə irəliləməsini göstərir. Bu prosesdə Türkiyə və Azərbaycan başda olmaqla digər Türk dövlətlərinin də rolu böyükdür.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI