DEPUTAT : Qadınlar işə bir saat gec gəlib, 1 saat tez çıxsın! – TƏKLİF 

0

Milli Məclisdə ailəli və uşaqlı olan qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması təklif edilir. 

Turanın səsi ” xəbər verir ki, bu təkliflə deputat Tahir Rzayev çıxış edib. 

O bildirib ki, uşaqlı olan qadınların üzərinə böyük vəzifələr düşür, ona görə də bu güzəştlər edilməlidir. 

“Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz. Ona görə də bu təklif nəzərdən keçirilməlidir”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir