Deputat : “Proseslərin nizamlanması üçün üçtərəfli razılaşmalar mövcuddur”
“Avropa İttifaqının Azərbaycanın razılığı olmadan Ermənistana birtərəfli qaydada missiya göndərməsinin özü qeyri-qanuni, beynəlxalq hüquq normalarına ziddir. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh yaratmaq prosesinə, sülhün əldə olunmasına maneə, əngəl törədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşləri keçirilib. Cənab İlham Əliyevin irəli sürdüyü beş prinsip sülh müqaviləsinin imzalanması üçün şərt olaraq, hətta Ermənistan tərəfindən qəbul olundu, Avropa İttifaqı tərəfindən də dəstəkləndi. Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun kobud müdaxiləsi nəticəsində bu proses dayandırıldı. Hazırda danışıqlar prosesi dalana dirənib. Ona görə də biz Avropa İttifaqının göndərməyi planlaşdırdığı müşahidəçi qrupdan müsbət nəsə gözləmirik…”
“Turanın səsi ” Pravda.az-a istinadən xəbər verir ki , bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, proseslərin nizamlanması üçün üçtərəfli razılaşmalar mövcuddur: “Aydın məsələdir ki, artıq sərhəddə heç bir atışma baş vermir, hərbi əməliyyatlar keçirilmir. Ermənistanın imzaladığı, üzərinə götürdüyü öhdəliklər mövcuddur. Buna görə də Ermənistan hər şeydən əvvəl özünün razılaşdığı sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Ermənistana təzyiqlər göstərilməlidir ki, müharibədən sonra yaranmış reallıqlarla hesablaşsın və Azərbaycanla sülh müqaviləsi imzalansın. Lakin çox təəsüüf ki, Avropa İttifaqının tutduğu qeyri-konstruktiv mövqe sülhün əldə olunmasının qarşısını alır. Komitə iclasında da belə bir təklif verdim ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrə, göndərməyi düşündüyü missiyaya adekvat olaraq üzvü olduğumuz, səmərəli əməkdaşlıq etdiyimiz türk dövlətləri parlamentlərindən, yaxud Qoşulmama Hərəkatının üzvü olan ölkələrdən, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı – bu təşkilatların nümayəndələrindən ibarət müşahidəçi missiyası qəbul edək, yönləndirək. Avropa İttifaqı, Avropa Parlamenti bilməlidir ki, istənilən qeyri-qanuni hərəkətlər, ermənilərin mənafeyinin xeyrinə lobbiçilik fəaliyyəti adekvat qiymətləndiriləcək və bunun qarşısı alınacaq. Hesab edirəm, Avropa İttifaqının göndərdiyi missiyaya qarşı biz də adekvat müşahidəçi missiyası təşkil etməliyik”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09