Deputat : “Paşinyandan gözlənilməz addım…-Maria Zaxarova etiraz etdi”

Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında söyləyib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxış edərkən Paşinyanın bu fikirlərinə münasibət bildirib.

“Nikol Paşinyanın son bəyanatının əksinə olaraq, Rusiya sülhməramlıları Qarabağda öz missiyalarını uğurla icra edirlər. Rusiya sülhməramlıları öz missiyalarını icra edirlər. Vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlılarıdır və onlar buna nail olurlar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibəti qəbul etmirəm”, – deyə rusiyalı diplomat vurğulayıb.

Turanın səsi” Editor.az-a istinadən xəbər verir ki , mövzunu şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, tək Nikol Paşinyan yox,  digər siyasi qüvvələr də Rusiya sülhməramlıları haqqında belə bəyanatlar səsləndirirlər:

“Əsas məqam bundan ibarətdir ki, Azərbaycan ekoloji monitorinq keçirməsilə bağlı müraciət edəndə onlar elə başa düşürdülər ki, sülhməramlı qüvvələr məhz onların qarşısını alacaq və ya aksiya iştirakçılarına qarşı hər hansı güc tətbiq edəcəklər. Məlum məsələdir ki, orada dinc aksiyalar davam edir. Humanitar istiqamətdə  bir təhlükə yaratmırlar. Humanist addımlar ataraq bu və ya digər istiqamətdə hərəkət edən humanitar və digər yükləri aparan avtomobillərə qarşı hansısa irad yoxdur. Təbii ki, 10 noyabr 2020-ci il tarixinə bunlar istinad etsələr də əsas məqam ondan ibarətdir ki, sülhməramlı qüvvələrin işi iki münaqişə edən silahlı qarşıdurmanın heç bir güc tətbiq etmədən qarşısını almaqdır. Paşinyan niyə öz çıxışında qeyd etmədi ki, həmin 10 noyabr sazişində erməni silahlı qüvvələrinin bir mənalı şəkildə Qarabağ ərazisini tərk etməsi məsələsi gündəmdə olmalıdı? İndiyə qədər məhz sülhməramlı qüvvələrin hesabına əraziyə nə qədər silah-sursat gəldiyini niyə qeyd etmir? Hətta 2021-ci il istehsalı olan minalar gəlib”.

Deputat fikrincə, əgər bunlar birmənalı şəkildə ermənilərin tərəfini saxlayırdısa, öz funksiyalarını yerinə yetirirdi:

” Bu gün isə əgər öz mandatlarına uyğun hərəkət etmirlərsə, deməli öz funksiyalarını yerinə yetirmirlər. Ona görə də Rusiya bu formada cavablarını verdi. Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan ciddi-cəhdlə əraziyə BMT və Avropanın missiyasını gətirsinlər. ATƏT-in Minsk Qrupunun həmsədrliyi də ləğv olunduqdan sonra Fransanın təkidilə əraziyə digər monitorinq qruplarının gətirilməsində  maraqlıdırlar. Ancaq məlumdur ki, ATƏT-in belə bir yardımı göstərməyə silahlı qüvvələri yoxdur. Avropa İttifaqının açıqlamasında da məlum oldu ki, 40 nəfər müxtəlif dövlətlərdən olan ekspert qismində monitorinq aparmaq üçün sərhədə gəliblər. Onların da missiyası uzanacaq. Bu açıqlamalar ondan ibarətdir ki, nəyin hesabına olursa-olsun Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Qərbin iştirakı mühümdir. Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması missiyası vardısa, gələcəkdə Paşinyanı əvəz edə biləcək  bir şəxsdir və bu Rusiyanın layihəsidir. Buna görə də Paşinyan narahatdır. Əsas məsələ isə Fransanın vasitəçiliylə status-kvonu saxlamaqdır”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

facebook
twitter
whatsapp

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir