Deputat : “Paşinyan çox çalışdı ki, eyni vaxtda bir neçə “stul”da otursun” 

0

Ruben Vardanyanın fəallığının kökündə, ona verilmiş konkret gündəliyin, tapşırıqların icrası ilə bağlıdır”.

Turanın səsi ”  Demokrat.az-a istinadən xəbər verir ki , bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki,  Vardanyan ömrünün əksər hissəsini Rusiyada yaşayıb və onunçün yaradılmış şəraitdən istifadə edərərək, rus xalqından oğurlanan milyardlarla maliyyə vəsaitinin ofşor şirkətlərə daşınmasında xüsusi rolu olub:

“Hətta, rus mətbuatı oğurlanan pulların 9 milyard dollardan artıq olduğu barədə məlumatlar da vermişdi. Heç kim üçün sirr deyil ki, belə adamlar müstəqil olmaq imkanından məhrumdur və konkret orqanların tapşırıqlarını icra etmək məcburiyyətindədir. Ona görə də, Vardanyanın Qarabağa göndərilməsi məqsədli layihədir və burada söhbət təkcə Qarabağdan getmir.

Əsas məqsəd, ondan tramplin kimi istifadə olunmalı, daha sonra isə, Ermənistanda siyasi rəhbərliyə gətirilməli idi. 44 günlük müharibə regionda yeni reallıqlar yaratdı. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarını bərpa etdi. Vardanyanın patronları hesab edirdilər ki, Qarabağda yaşayan ermənilər arasında müharibə cinayətlərində adı hallanmamış şəxs olaraq, Vardanyan Azərbaycan hakimiyyəti ilə danışıqlar apara bilər və onun gələcək perspektivdə erməni xalqının ,”xilaskarı” obrazını formalaşdırmaq mümkün olacaqdır. Lakin, göründüyü kimi yanıldılar. Vardanyan siyasətçi olmadığını ilk günlərdən göstərdi. Əksinə, yanlış bəyanatları, təbii sərvətlərin oğurlanmasında iştirakı və Azərbaycan xalqına qarşı dərin nifrəti ilə, özünü ifşa etdi”.

“Burada bir məsələni də vurğulamaq istərdim. Vardanyanın Qarabağ müharibəsində və hərbi cinayətlərdə iştirak etməməsi barədə bizim mətbuatda da kifayət qədər yazılar gedir. Hesab edirəm ki, bu yanlış yanaşmadır. Ruben Vardanyan 30 illik işğal zamanı və 44 günlük müharibə dövründə separatçılara həm hərbi, həm də iqtisadi ən çox yardım göstərən imkanlı ermənilərdəndir.

Rusiya-Ukrayna müharibəsi fonunda, birincinin beynəlxalq müstəvidə nüfuzunun kəskin aşağı düşməsi və hərbi, iqtisadi cəhətdən zəifləməsi nəticəsində, Ermənistan yeni patron axtarışına başladı. Müxtəlif imperiyalardan qidalanan, daha sonra isə xəyanət edən ermənilər indiki şəraitdə Rusiyaya arxa çevirirlər. Paşinyan çox çalışdı ki, eyni vaxtda bir neçə “stul”da otursun və hər birindən bəhrələnsin. Ancaq artıq erməni hiyləgərliyi keçmir”- deyə millət vəkili əlavə edib. 

 Deputat sonda bunları qeyd edib:

“Vardanyanın, Balasanyanı, daha sonra Arutyunyanı və özünün təkhakimiyyətliyinə mane olan bütün fiqurların aradan götürülməsi, ona verilən tapşırıqların mərhələli şəklində icrası ilə bağlıdır. Vardanyan maliyyə imkanlarından və bir çox ölkələrdə yaşayan zəngin erməniləri “Arsax”ın xilasına cəlb etməli, özünün xilaskar obrazını formalaşdırmalıdır. Təkrar edirəm, əsas məqsəd gələcəkdə Vardanyanın Paşinyanın əvəzinə Ermənistanda hakimiyyətə gətirilməsidir. Bunu Ermənistanda da gözəl başa düşürlər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir