DEPUTAT: “Münasibətlərdə yeni dönəm ! Ərdoğan Bakıda hansı mesajları verəcək?”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir.

Ölkə lideri səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək. İkitərəfli münasibətlər istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Bu barədə ” turanın səsi ” nə açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib ki, görüşdə regionda baş verən hadisələr, istər böyük miqyasda Rusiya-Ukrayna məsələsi, Ermənistan, Azərbaycan məsələsi müzakirə olunacaq:

“Ümumiyyətlə baş verən hadisələr, iqtisadi cəhətdən logistik daşımalar, bütün bu proseslərə dair fikir mübadiləsi aparılacaq və bu müzakirənin sonunda müəyyən mühüm nəticələr əldə etmək mümkün olacaq. 
Görüşdə həmçinin Qarabağ məsələsində Azərbaycan-Ermənistan münasibətləri, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, Türkiyə ilə Ermənistan sərhədinin açılması və təbii ki, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən mövzu olacaq”.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla olan münasibətləri yeni bir mərhələyə qədəm qoyur: “Əvvəllər olan layihələr həm davam etdiriləcək, həm də yeni layihələr üzərində yəqin ki, müzakirələr aparılıb, müəyyən nəticələr əldə ediləcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir