DEPUTAT: “Livandakı səfirliyimizə hücum ermənilərin xislətini, düşüncəsini bir daha ortaya qoydu”
Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasının yekun işlərinin görülməsi, habelə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən böyük işlər görülür.
Bu davamlı tədbirləri gözü götürməyən qüvvələr də öz tərəflərindən ardıcıl təxribatlar törədir, dünyada şəbəkələşmiş kriminal qruplaşmalar vasitəsilə Azərbaycanın rəsmi səfirlik və nümayəndəliklərinə qarşı hücumlar, eləcə də terror aktları həyata keçirirlər.
“Turanın səsi ” xəbər verir ki , bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
O qeyd edib ki, avqustun 31-də Azərbaycanın Livandakı səfirliyi bir qrup erməniəsilli şəxs tərəfindən hücuma məruz qalıb. Səfirliyimizin qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.
Baş vermiş bu hadisə erməni diaspor təşkilatlarının tarixən həyata keçirdikləri terrorun davamıdır və bu vandalizm hadisəsi nəinki pislənməli, eyni zamanda, bütün dünya ictimaiyyətini narahat etməlidir. Həmin hücum ermənilərin xislətini, terrorçuluq mahiyyətini, düşüncəsini bir daha ortaya qoydu.
“Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Livanın 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından, habelə imzalanmış ikitərəfli razılaşmalardan irəli gələn öhdəliklərinin olduğunu vurğulayıram. Bu baxımdan Livan Hökumətini Azərbaycan səfirliyinə qarşı törədilmiş terror, vandalizm aktının iştirakçılarını tez bir zamanda cəzalandırmağa və bu kimi halların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görməyə çağırıram.
Cənubi Qafqazda, xüsusilə Azərbaycanın suveren ərazilərində məkrli niyyətləri olan Ermənistanın revanşist qüvvələrinə qeyri-qanuni dəstək verən tərəflər heç bir nəticə əldə edə bilməyəcəklər”, – deyən deputat beynəlxalq hüquqa və onun prinsiplərinə riayət etməklə Azərbaycan Hökuməti ilə razılaşdırılmış fəaliyyətin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI