DEPUTAT : “Həyat bumeranqdır və hər kəs törətdiyi cinayətlərin cəzasını almalıdır”
“Erməni terrorçuların həbs edilərək Bakıya gətirilməsi, ilahi ədalətin bərpası kimi qəbul edilməlidir. Həyat bumeranqdır və hər kəs törətdiyi cinayətlərin cəzasını almalıdır”
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib .
Deputat qeyd edib ki, həbs edilənlər isə, 90-cı illərin əvvəllərində soydaşlarımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş, qeyri-adi metodlarla, amansızlıqları ilə seçilən canilərdir:
“Uzun müddət keçməsinə baxmayaraq, onların müəyyənləşdirilməsi, hər birisinin cinayət əməllərinin sübuta yetirilməsi, hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlığının göstəricisidir.
Xalqımız, bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir və əmindir ki, digər cinayətkarlar da, tutularaq qanun qarşısında cavab verəcəklər. Onlar həbs olunduqca, şəhidlərin ruhu şad olur”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI