DEPUTAT : “Əsas məqsədimiz Böyük Qayıdışın uğurla həyata keçirilməsidir”

0

Qarabağda 30 ildir davam edən ədalətsizliyə 44 günlük müharibə ilə son qoyuldu. 30 ilə yaxın bu dövr ərzində əsas hədəf işğaldan azad olmuş torpaqlarda yenidən Azərbaycan bayrağının dalğalanması idisə, bundan  sonra bu ərazilərə həmin yerlərin doğma sahiblərinin köçürülməsi əsas məsələdir.  İlk gündən yenidənqurma və qayıdış məsələsi əsas məsələ olub. Bu gün artıq minlərlə vətəndaşımız öz doğma yurduna qayıdıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 44 günlük müharibədən sonra cənab Prezidentin məhz işğaldan azad olunmuş ərazilərə getməsi və bütün baş verən proseslərlə bir daha yerində tanış olması çox mühüm əhəmiyyət kəsb edirdi:

“Məhz bundan sonra Dövlət Proqramı qəbul olundu. Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin infrastrukturlarının yenidən bərpa olunması, eyni zamanda, bu infrastrukturların bərpası ilə paralel olaraq Böyük Qayıdışın təmin olunması üçün görüləcək işlərin planı hazırlandı. Təbii ki, ən ciddi məsələ minalardan təmizlənmədir. Çünki ermənilər bütün işğal dövründə ərazilərimizi dünyada analoqu olmayan sistemlə minalamışdılar. Çox təəssüf ki, buna beynəlxalq qurumlar da göz yummuşdu. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası bunun da öhdəsindən gəlir. Hava limanlarının tikilməsi, əsas yol strukturlarının, tunellərin qurulması çox mühüm əhəmiyyət kəsb edir. Paralel olaraq da, ora köçəcək həmvətənlərimizin mütləq şəkildə təhlükəsizliyin təmin olunması üçün hərbi infrastrukturun inkişafı çox mühüm addımdır. Çünki düşmən susmur, onların istənilən vaxt təhdidi ola bilər. Buna görə də, orada yaşayan hər bir azərbaycanlı özünü təhlükəsiz hiss etməlidir”.

Millət vəkili həmçinin qeyd edib ki, Qarabağın bərpası üçün çox ciddi büdcə vəsaiti var və biz artıq bunun nəticələrini görməkdəyik:

“Bir daha dünyaya göstərdik ki, hərbi əməliyyatlar apara bildiyimiz kimi, eyni zamanda dinc quruculuq həyatında da çox mühüm addımlar ata bilirik. Bütün istiqamətlərdə çox mühüm işlər görülür. Şuşada olan bərpa-quruculuq işləri, beynəlxalq səviyyəli görüşlər, orada olan abidələrimizin bərpası ilə bütün dünyaya göstərdik ki, bu istiqamətdə çox ciddi işlər gedir. Bizim əsas məqsədimiz Böyük Qayıdışın həyata keçirilməsidir. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, müxtəlif beynəlxalq qurumlar bütün bu istiqamətdə öz işini əsirgəmir və yüksək səviyyədə işlər görülür”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir