DEPUTAT : “Ermənistanın tam zərərsizləşdirilməsi artıq geosiyasi zərurətdir”

0

Ermənistanın və paralel şəkildə separatçıların təxribatlarını sinxron qaydada intensivləşdirməsi bir neçə amillə bağlıdır.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.


Birinci, devrilmək təhlükəsi ilə üz-üzə qalan Paşinyan hərbi əməliyyatlara Ermənistan daxilində vəhdətə nail olmaq imkanı kimi baxır. Lakin aydındır ki, müharibədə və sonrakı bütün revanş cəhdlərində məğlub olmuş və fərari, döyüş ruhu olmayan bir toplumda vəhdət məsələsi mümkün deyil. Xüsusən Rusiya və Qərb arasında uğursuz manevrlər fonunda erməni cəmiyyətinin siyasi baxımdan da parçalandığı bir şəraitdə.
Digər tərəfdən, Hindistandan verilənlər başda olmaqla, sürətlə silahlanan Ermənistan Fransa və bəzi Qərb ölkələrinin əsassız təşviqinin təsiri ilə davranmaqdadır. Paşinyan da, erməni cəmiyyəti də yaxşı başa düşür ki, mümkün hərbi əməliyyatlarda İrəvanın heç bir şansı yoxdur. Mümkün yeni cəhdinin isə artıq Ermənistan üçün yeni revanş cəhdi yox, intihar demək olduğunu anlasa da, təəssüf ki, haylar yenidən eyforiyaya qapılaraq Qərbin bəzi dairələrinə ümid bağlayır. Lakin möhtərəm Prezidentin Şuşadan bəyan etdiyi kimi, ermənilər anlamalıdır ki, heç kim gəlib Ermənistanın yerinə döyüşməyəcək. Belə olan halda erməni xalqı sağlam ruhla qərar verməli, miflərdən, psixi cəhətdən qeyri-sağlam düşüncə tərzindən imtina etməlidir. Əks halda bərpası mümkün olmayan itkilər və hətta məhv qaçılmazdır. Çünki Ermənistan rəhbərləri, istər Paşinyan, istərsə də onu əvəzləməyə çalışan Xocalı qatilləri Köçəryan və Sarkisyanı erməni xalqı yox, özünün hakimiyyəti maraqlandırır. Bizim isə dözümlə Ermənistanda baş verənləri izləməyə, təxribatların səbəblərini araşdırıb nəticələrini gözləməyə vaxtımız yoxdur. Regionda davamlı sülhə və sabitliyə təhdidə çevrilmiş Ermənistanın tam zərərsizləşdirilməsi artıq geosiyasi zərurətdir. Azərbaycan isə reallıq yaradan və qlobal situasiyanı doğru qiymətləndirən güc sahibi kimi beynəlxalq hüququn aliliyi çərçivəsində özünün maraqları və təhlükəsizliyini istənilən üsulla təmin etməkdə qərarlıdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir