DEPUTAT: “Ermənistanın mina terroru nəticəsində ölən soydaşlarımızın sayı 333-ə çatıb”

“Ermənistanın mina terroru nəticəsində ölən soydaşlarımızın sayı 333-ə çatıb”.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində azad etdiyimiz ə torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Həmin minaların partlaması nəticəsində ölən və yaralananların sayı durmadan artmaqdadır. Artıq demək olar ki, hər gün mətbuatda işğaldan azad olunmuş ərazilərdə soydaşlarımız minaya düşərək həlak olması və yararlanması xəbərinə rast gəlirik. Ermənistanın 30 ilə yaxındır ki, davam edən mina terroru beynəlxalq ictimaiyyəti tərəfindən pislənməli və səbəbkarlar cəzalandırılmalıdır”.

Deputat vurğulayıb ki, bu məsələdə də beynəlxalq ictimaiyyətin ikili münasibətinin şahidi oluruq:

“Ermənistanın ölkəmizə qarşı 30 ildən çoxdur ki davam etdirdiyi mina terroruna qarşı beynəlxalq ictimaiyyət kar və kor olub. Bir dəfə də olsa Ermənistana bu məsələdə hər hansı təzyiqin edildiyini görməmişik. Biz beynəlxalq təşkilatlardan Azərbaycanın məruz qaldığı mina terroru ilə bağlı qəti mövqe nümayiş etdirməyi tələb edirik”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir