DEPUTAT: “Dünya erməniliyi mənəvi baxımdan sındırıldı” 

0

Xəbər verdiyimiz kimi,Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub təslim oldular. Həmçinin reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə bu gün  Yevlaxda görüş keçirildi.

Turanın səsi ” xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirdi ki,  24 saat çəkən antiterror tədbirləri nəticəsində separatçıların ağ bayraq qaldırması, Silahlı Qüvvələrimizin,  şəxsən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb meydanında, eyni zamanda diplomatik masada qazandlğı parlaq qələbəsidir:

“Dünya erməniliyi mənəvi baxımdan sındırıldı. “Miatsum” kimi mənfur ideyaları tarixin zibilliyinə atıldı. 20 sentyabr 2022-ci il, 44 günlük Vətən müharibəsində olduğu kimi, müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və gələcək nəsillərə şərəfli miras saxladı. Başda Ali Baş Komandan olmaqla, xalqımızı təbrik edirəm”.

Millət vəkili qeyd etdi ki, Fransa tarixən türk düşmənliyi ilə seçilmiş dövlətdir. 44 günlük müharibədən sonra isə ermənipərəst mövqeyini, özünün əsl sifətini açıq şəkildə göstərdi:

“Fransa müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə irəli sürdüyü əsassız ittihamlarla, böhtanlarla ermənidən daha çox erməni olmağa çalışdı. Lakin Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində hər dəfə biabırçılıqla məğlub oldu. Beynəlxalq hüquq normalarına həqarət edən bu dövlət, beynəlxalq birliyin dəstəyini ala bilmədi. Antiterror tədbirlərinin müvəffəqiyyətlə başa çatmasını, ermənilərin təslim olmasını həzm edə bilməyən Fransa, yenidən sülh prosesini pozmaqla məşğuldur. Ermənilərin məğlubiyyətini, öz geosiyasi maraqlarına təhdid olaraq görür”. 

N.Məhəməliyevin sözlərinə görə, bu məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə oluna bilər:

“Ancaq düşünmürəm ki, Təhlükəsizlik Şurasının bütün üzvləri tərəfindən dəstəklənsin. Azərbaycan əleyhinə hansısa qətnamələr qəbul olunması, BMT nizamnaməsinin pozulması, beynəlxalq hüququn deqradasiyası demək olardı. Bizim işimiz haqq işidir və ədalətə söykənir”

⤵️

“Turanın səsi” Arzu Paşaqızı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir