Deputat : “Bu gün üç nəfər güllənibsə, sabah üç yüz nəfər ola bilər”
Fransanın paytaxtı Parisdə baş vermiş iğtişaşlar Fransa dövlətinin apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Fransa dövləti bundan nəticə çıxarmalıdır.
Bu, birmənalıdır.
Son illər Fransa Türkiyə, eyni zamanda İslam dini əleyhinə fəaliyyət göstərən bir çox terrorçu qruplara ev sahibliyi edirdi.
Fransa və bir neçə Avropa ölkələri öz siyasətlərini aparmaq, geosiyasi maraqlarını təmin etmək məqsədilə açıq şəkildə terrorçu qruplaşmalardan, təşkilatlardan, silahlı dəstələrdən istifadə edir, Suriyada, İraqın şimalında kürd terrorçu dəstələrinin, PKK, YPG, PYD təşkilatlarının silahlandırılmasında, onlar üçün məhz fransız texnologiyası əsasında dağlarda, yerin altında bir neçə mərtəbəli sığınacaqların, mağaraların təşkil olunmasında tam iştirak edirlər.
Nəticə göz qabağındadır. Belə də olmalı idi…”
“Turanın səsi” Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat xatırladıb ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə Fransa rəhbərliyi və terrora dəstək verən digər Avropa ölkələri ilə söhbətlərində bu məsələni qaldırıb: “Ərdoğan deyirdi ki, zaman gələcək, sizin bəslədiyiniz terrorçular əleyhinizə işləyəcəklər. Və həmin gün gəldi. Türkiyə müdafiə naziri Hulusi Akarın dediyi fikirlərlə tam razıyam.
Çox haqlı olaraq dedi ki, Fransanın boynunda bəslədiyi ilan Fransanı çaldı. Gələcəkdə ikili standartlardan çıxış etməyə davam etsələr, terrorçu qrupları öz geosiyasi maraqlarından dolayı istifadə etsələr, bu prosesin idarəolunmaz bir xarakter alacağı şübhəsizdir. Hesab edirəm, gələcəkdə biz daha böyük dağıntıların, insan faciələrinin şahidi olacağıq. 69 yaşlı fransız Əhməd Qaya adına mədəniyyət mərkəzinə gəlib, üç nəfəri güllələdi. Bu gün üç nəfər güllənibsə, sabah bu, üç yüz nəfər ola bilər.
“Bu terrorçu mənimkidir, mənə toxunmayacaq, bu terrorçu yaddır, ona qarşı başqa standartlar tətbiq edəcəyik” – belə ola bilməz. Burada “mənim”, “sənin” olmamalıdır. Terrorçu öz adı ilə çağırılmalı, kimliyindən asılı olmayaraq, terrorçulara qarşı kəskin cəza tədbirləri görülməldiir. Əks halda, terror bütün dünyanı bürüyəcək və bir çox dövlətlər terror qarşısında aciz qalacaqlar.
Biz bunun şahidi olmuşuq. 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində çoxsaylı cinayət, konkret terror hadisələri baş verdi. Bu gün bu, dünyanın bütün ölkələrini əhatə edir. Ona görə də terrorçulara qarşı konkret mübarizə aparılmalıdır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09