Deputat: “Bu gün cənab prezident İlham Əliyevin gənclərimizə inamı böyükdür.”

0

2003-cü ildən sonrakı dövrdə cənab prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi.

Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il “Gənclər ili” elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu və Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycanın qəhrəman gəncləri düşməni döyüş meydanında məhv edərək Qarabağı öz sahibinə geri qaytardı”.


Turanın səsixəbər verir ki , bu fikirləri millət vəkili İqbal Məmmədov mətbuata açıqlamasinda bildirib.


Deputat söyləyib ki, artıq üç ildir ki, bu bayramı gənclərimiz qalib ölkənin nümayəndələri kimi qeyd edir .
“Bu gün cənab prezident İlham Əliyevin gənclərimizə inamı böyükdür. Məhz buna görə də savadlı və bacarıqlı gənclərimiz irəli çəkilir, yüksək vəzifələrə təyin olunurlar. Sevindirici haldır ki, o gənclərimizin bir çoxu ölkə başçısının onlara göstərdiyi etimadı layiqincə doğruldur. Əminəm ki, bundan sonra da ölkə başçısı tərəfindən yüksək vəzifələrə təyin olunan gənclərimiz onlara göstərilən etimadı doğruldub, dövlətinin maraqlarını hər şeydən üstün tutaraq xalqına vicdanla xidmət edəcəklər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir