DEPUTAT: “Biz öz ərazilərimizdə separatizmin kökünü kəsirik”

Fransanın təşəbbüsü ilə Qarabağda baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclası keçirildi. İclasda nə Avropa İttifaqı (Aİ), nə Almaniya, nə də Fransa Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru ilə bağlı heç nə demədilər.

Turanın səsi ” xəbərinə görə , bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirir ki, həm 44 günlük Vətən müharibəsinin gedişində, həm də ondan sonra dəfələrlə biz Ermənistan və Fransa tərəfindən Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında iclasların keçirilməsinin şahidi olduq və demək olar ki, bütün bu iclaslarda Ermənistan və havadarları Azərbaycan əleyhinə sənədlərin qəbul edilməsinə nə qədər cəhd etsələr də, onların bütün bu niyyətləri ürəklərində qaldı: “Onların bütün planları iflasa uğradı, çünki ilk növbədə, Azərbaycan haqq savaşı həyata keçirib, Azərbaycan öz ərazilərini işğaldan azad edib və bu gün də Azərbaycan öz ərazilərində lokal antiterror tədbirləri reallaşdırdı. Ən əsası odur ki, Ermənistan rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu demək olar ki, qəbul edib. Xatırlayırsınızsa, bundan öncə Laçın yolu üzərində “humanitar böhran”la bağlı keçirilən BMT Təhlükəsizlik Şurasındakı iclasda da Fransa və Ermənistan öz istəyinə çatmadı. Onlar bu iclasdan da əliboş geri dönmək məcburiyyətində qaldılar. 

Antiterror tədbirlərinin 24 saat ərzində icra edilməsi və separatçıların Azərbaycan şərtlərini qəbul edərək təslim olması iclasda bizim əleyhimizə hansısa sənədin qəbul olunması ehtimalını azaltdı. Xarici işlər nazirinin çıxışında da faktlarla  sübut etdik ki, biz öz  ərazilərimizdə suveren hüquqlarımızı bərpa etdik, separatizmin kökünü kəsdik. Ərazilərimizdə hərbi təhlükə doğuran obyektlər var idi və bütün bunlarla yanaşı, məhz həmin separatçılar mina terrorunu davam etdirirdilər və bunun nəticəsində də biz vətəndaşlarımızı itirirdik. Ümumiyyətlə, üç il ərzində üç yüzdən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Ermənistan və qanunsuz erməni silahlı birləşmələri tərəfindən bu proses davam etdirilirdi. Biz dəfələrlə sülh yolu ilə, dialoq yolu ilə bu problemin həllinə çalışdıq. Ancaq təəssüflər olsun ki, onlar bunu anlamadılar. Azərbaycanın humanist mövqeyini  başqa məqsədlərə istifadə etdilər”.

Mən düşünürəm ki, BMT-də keçirilən iclasda Azərbaycan xarici işlər nazirinin Azərbaycanın mövqeyini yüksək peşəkarlıqla təqdim etməsi alqışlanmalıdır və bu, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm xarici siyasət günü-gündən öz bəhrəsini verməkdədir. Biz öz ərazilərimizdə  suverenliyimizi tam olaraq bərpa etmişik və tezliklə inteqrasiya prosesi də uğurla reallaşacaq və biz erməni əsilli əhali ilə birgəyaşayışı tam olaraq təmin edə biləcəyik.

Ermənistan və havadarları növbəti dəfə diplomatik məğlubiyyətlə qarşılaşdılar. Lakin çox təəssüflər olsun ki,  çıxışları dinlədikdə biz belə bir faktla rastlaşmadıq ki, kimsə Azərbaycanın lokal antiterror tədbirlərinin keçirilməsində ən əsas səbəblərdən biri də separatçıların mina terrorunu davam etdirməsi oldu. Məhz mina terroru nəticəsində ikisi mülki şəxs olmaqla altı Azərbaycan vətəndaşı şəhid oldu, daha sonra altı nəfər yaralandı. Bu isə artıq Azərbaycanın səbir kasasının daşması demək idi. Biz nə Fransanın, nə Ermənistanın çıxışlarında bu faktı eşidə bilmədik. Bu isə onu deməyə əsas verir ki, ümumiyyətlə, onların yanaşması qərəzlidir. Həm Fransa, həm Ermənistan və digərləri birbaşa olaraq Azərbaycana təzyiq etmək məqsədilə və sanki biz də varıq və biz ermənilərə sonuna qədər dəstək olacağıq fikrini demək istəyirdilər və onların əslində yanaşmaları səhv idi. Çünki Azərbaycan öz suveren hüquqlarını bərpa etdi və beynəlxalq hüquqa hörmətlə yanaşdı. Humanitar qaydalara tam olaraq əməl etdi və bu isə o deməkdir ki, Azərbaycan diplomatiyası növbəti uğurunu qazanmış oldu.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir