DEPUTAT : “Azərbaycanın FETÖ ilə mübarizədə ən səmərəli əməkdaşlıq edəcəyi beynəlxalq subyekt Türkiyədir”

0

Azərbaycanın FETÖ ilə mübarizədə ən səmərəli əməkdaşlıq edəcəyi beynəlxalq subyekt Türkiyədir.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov öz sosial hesabında paylaşaraq bildirib.

Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Daxili İşlər Nazirliyinin ölkədə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri insan həyatını, sağlamlığını, hüquq və azadlıqları, qanuni mənafeləri, milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilib və Konstitusiyaya, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna, digər normativ hüquqi aktlara, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə tam uyğundur.

Saxlanılan şəxslərlə bağlı bütün prosessual tələblərə əməl edilib. Məqsəd kiminsə mütləq qaydada cəzalandırılması, məhdudiyyət və məhrumiyyətlərə məruz qalması yox, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını müəyyən etməkdir. Bütün tədbirlər də görülmüşdür ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın.

Qubad İbadoğlunun saxlanması da məhz bu prosedurlar və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla həyata keçirilib. İstintaqın gedişində də dövlətin əsas aidiyyəti strukturlarının hədəfi ondan ibarətdir ki, adıçəkilən şəxsin özü də daxil olmaqla, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Lakin eyni zamanda qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olması üçün qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək də ciddi vəzifədir. Cinayət prosesi isə hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Yəni kiminsə qulluq mövqeyi, əqidəsi, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəti, yaxud sosial media fenomeni olması həmin şəxsi məsuliyyətdən azad etmir.

Ümumiyyətlə bilidyiniz kimi, FETÖ terror təşkilatı Türkiyə özü başda olmaqla, bir çox dövlətlərdə şəbəkələnib və hətta zaman-zaman dövlət idarəçiliyində belə möhkəmlənə biliblər. O cümlədən Azərbaycanda da terror qruplaşmasının uzantıları mövcud olub və heç şübhəsiz ki, bu gün də var. Əlbəttə, bu cür qlobal mütəşəkkil birliklə dövlətlərin təkbaşına mübarizəsi effektiv deyil və əməkdaşlıq mütləqdir.

Azərbaycanın FETÖ ilə mübarizədə ən səmərəli əməkdaşlıq edəcəyi beynəlxalq subyekt isə Türkiyədir.

Heç kim şübhə etməsin ki, məhz bu əməkdaşlıq bizə imkan verəcək ki, hazırda Azərbaycanda istər elm-təhsil mühitində, istər mediada, istər bütövlükdə üçüncü sektorda, hətta müəyyən səviyyələrdə idarəçilikdə cild dəyişərək gizlənən fetöçülərin tək-tək ifşa olunması prosesi sürətlənəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir