Deputat: “Azərbaycan Qoşulmama Hərəkatında olduqca müsbət hadisələrlə yadda qaldı”

0

Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək.

Turanın səsi ” xəbər verir ki , Mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, indi yeni dünya nizamı, təhlükəsizlik arxitekturası qurulmaqdadır. Bu baxımdan hesab edirəm ki, bizim dostlarımızın sayının daha da artması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması təbii ki, bizim xeyrimizədir.

O qeyd edib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilatdır:

“Artıq son illər Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və Azərbaycanın sədrliyində Qoşulmama Hərəkatının üzv olan ölkələrin problemlərinin həlli, ələlxüsus pandemiya dövründə Azərbaycanın o dövlətlərə göstərdiyi yardımlar və bu hərəkatın təkan verici qüvvəyə çevrilməsi təbii ki, həm Azərbaycan, həm də Qoşulmama Hərəkatının üzvləri üçün kifayət qədər böyük səmərə verdi”.

Deputatın sözlərinə görə, Qoşulmama Hərəkatının nazirlər bürosunun Bakıda keçiriləcək iclası əlavə geosiyasi, regional problemlərin müzakirəsinə eyni zamanda o dövlətlərin rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlərə həsr olunur:

“Hesab edirəm ki, nazirlər bürosunun daha dəqiq desək xarici işlər nazirlərinin Azərbaycana gəlməsi təbii ki, bir daha mövcud reallıqlarla onların tanış olması, Azərbaycan həqiqətlərini dünyaya çatdırılması baxımından olduqca səmərəlidir. Bu baxımdan hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının ABŞ-də eyni zamanda Avropa İttifaqının paytaxtı Brüsseldə intensiv xarakter alması və bizim diplomatik masada daha da üstünlük əldə etməyimiz baxımından da olduqca əhəmiyyətlidir”.

N.Məhəməliyev əlavə edib ki, Azərbaycana səfər edən hər bir nazir iclasdan əlavə işğaldan azad olunmuş bölgələrə səfər edəcəklər, erməni işğalının vəhşi nəticələri və Azərbaycanın apardığı quruculuq işləri ilə yerində tanış olacaqlar. Bütün. Bunlar ölkəmizin müsbət aktivinə yazılmış hadisələrdir. Azərbaycana rəsmi səfərlər nə qədər çox olsa, o qədər yaxşıdır.

Deputat sonda Qoşulmama Hərəkatının 44 günlük müharibədəki fəaliyyət barədə də danışıb. Bildirib ki, Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında Fransa tərəfindən və bəzi ermənipərəst qüvvələr tərəfindən bəzi qətnamələr qəbul olunması ilə bağlı təşəbbüslər olmuşdu:

“Azərbaycanı işğalçı kimi təqdim etmək istəyirdilər. Bütün bunlara Qoşulmama Hərəkatı vasitəsilə mane olduq. Tarix göstərdi ki, Azərbaycan Qoşulmama Hərəkatında olduqca müsbət hadisələrlə yadda qaldı. Gələcəkdə də bu istiqamətdə işimiz davam etməlidir. Nə qədər çox dostumuz olsa, bizim üçün o qədər faydalıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir