DEPUTAT: “Azərbaycan istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər”

0

“Azərbaycan istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər” .

Bunu “turanın səsi ” nə açıqlamasında Millət Vəkili Arzu Nağıyev bildirib.

Millət vəkili bildirib ki, ermənistanın təxribatı sadəcə onların bir çirkin oyunudur. “Baş verən hadisə nəticəsində təəssüf ki, bir hərbi qulluqçumuz yaralandı.

Ermənistan tərəfi açıqlama yayıb ki, guya Azərbaycan əsgəri sərhədi keçərək bayraq asmağa çalışıb.

Tamamilə absurd yanaşmadır

Ona görə ki, Ermənistan öz sərhədini qorumur ki, onların sərhədində ruslar durur. Heçbir vaxt Azərbaycan başqa dövlətin ərazisində bayraq ucaltmaq niyyəti olmayıb. Eyni zamanda həmin ərazidə Avropa İttifaqının visual kəşfiyyatçılarından ibarət bir missiya var. Onların da bununla bağlı açıqlaması yoxdur. Rusiya sülhməramlı kontingetinin də bir açıqlaması yoxdur. Bunun başında erməni təxribatı durur ancaq.”-deyə Arzu Nağıyev bildirib.

Arzu Nağıyev bildirib ki, son təxribatda məqsəd sülhün bərqərar olmasını istəməmək, prosesi uzatmaqdır. 

“Təbii ki, Azərbaycan istənilən vaxt anti-terror əməliyyatı icra edərək öz torpaqlarının təhlükəsizliyini təmin edə bilər. Ermənilər çalışır ki, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da məsələyə daxil eləsin. Amma bunun da heçbir hüququ əsası yoxdur. Çünki ərazi özümüzündür. Bütün beynəlxalq normalara uyğun olaraq infrastruktrumuzu qururuq.” deyə millət vəkili qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir