Deputat : “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən ölkələrdəndir “

0

Turanın səsi ” in xəbərnə görə Millət vəkili Arzu Nağıyev vurğulayıb ki , Macarıstan bu gün Avropada öz müstəqil siyasəti ilə seçilən ən mühüm dövlətlərdən biridir: “Bu ölkənin Avropa İttifaqında təmsil olunmaqla yanaşı, Türk Dövlətləri Birliyində də iştirakı böyük əhəmiyyət daşıyır. Azərbaycanla bu ölkə arasında imzalanmış strateji tərəfdaşlıqla bağlı bəyannamə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən xüsusi önəmə malikdir. Bu gün Azərbaycan yürütdüyü müstəqil xarici siyasəti ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirir. Biz görürük ki, bu əlaqələr artıq Aİ ərazisinə də çatıb”.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən ölkələrdəndir. Bu gün enerji böhranından çıxış yolu axtaran Aİ ölkələri Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Azərbaycan Avropa regionunda enerji təhdidinin qarşısını alan ölkələrdən biri kimi çıxış edir. Bu baxımdan Macarıstan kimi bir ölkənin Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla strateji tərəfdaşlıq qurması təəccüblü deyil”, – deyə millət vəkili qeyd edib.


Onun sözlərinə görə, Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olmasını hər zaman nümayiş etdirib: “Avropa məkanında Azərbaycanın maraqlarını görməzdən gəlmək istəyən, rasionallıqdan uzaq siyasi dairələr ölkəmizə qarşı birtərəfli mövqe nümayiş etdirsələr də, Azərbaycanın tək regional deyil, həm qlobal səviyyədə əhəmiyyətli ölkə olduğunu dərk edənlər az deyil. Qurulan strateji tərəfdaşlıq əlaqələri, imzalanan müqavilələr həmin məkrli dairələrin ölkəmizə qarşı siyasətinə vurulan zərbə kimi də qiymətləndirilə bilər”.


“Bu strateji tərəfdaşlıq bəyannaməsi hər iki ölkə üçün önəmlidir. Bu gün Aİ-nin üzləşdiyi enerji böhranında Azərbaycan Macarıstana öz dəstəyini göstərir, onun yanında olduğunu göstərir. Macarıstan da Azərbaycanı onu böhrandan xilas edə biləcək dövlət kimi görür”, – deyə Arzu Nağıyev vurğulayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir