Deputat : “33 ildir ki, xalqımız müstəqillik uğrundan canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edir”

0

“SSRİ-nin əli günahsız insanların qanına bulaşmış rəhbərliyinin törətdiyi qanlı 20 yanvar faciəsindən 33 il keçir”.

Turanın səsi ” “Son xəbər ” -ə istinadən xəbər verir ki ,bu barədə deputat Nəsib Məhəməliyev bildirib

Deputat qeyd edib ki, 20 Yanvar faciəsi ölkəmizdə Hüzn Günü kimi qeyd olunsa da, bu gün həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunub:

“1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlaması nəticəsində 146 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun bu əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə vardı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalanda və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Bu faciəni törədənlərin əsil niyyəti Azərbaycan xalqını qorxutmaq və müstəqillik arzusunu boğmaq idi. Lakin əli günahsız insanların qanına bulaşmış SSRİ rəhbərliyi bu palnını reallaşdıra bilmədi. Əksinə 20 yanvar hadisələrindən sonra xalqımız bir yumruq kimi birləşərək xəyanətkar imperiyaya birdəfəlik “yox” dedi.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Müstəqlliyə gedən yolda həyatlarını qurban verən Vətən övladları öz qanları ilə Azərbaycan tarixinə yeni parlaq səhifə yazdılar. Azərbaycan xalqı hər zaman qormazlığı və qəhrəmanlığı ilə ona qarşı törədilən bütün cinayətlərin qarşısında dik dayanmağı bacarıb. Məhz Azərbaycan xalqının bu mərdliyi sayəsində 30 ildən sonra 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdik”.

Deputat vurğulayıb ki , həmin dövrdə SSRİ rəhbərliyinin əliyalın insanlarımıza qarşı törtdiyi bu vəhşiliyi pisləmək və ifşa etmək üçün böyük iradə tələb edirdi:

“Belə çətin gündə yalnız ulu öndər Heydər Əliyev kimi mərd və vətənini, xalqını sevən dahi şəxsiyyət xalqımıza qarşı törədilən bu vəhşiliyi dünya ictimaiyyətinə çatdıra bilərdi. Elə də oldu. Ulu öndər Heydər Əliyev qanlı qırğının səhəri gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək insanlığa qarşı törədilən bu qanlı cinayətlə bağlı bəyanat verdi. Həqiqətən o dövrdə İmperiyanın paytaxtında dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında Sovet ordusunun təcavüzünü pisləyərək bu cinayət planın cızan Mixail Qorbaçovu ittiham etdi. Ulu öndərin bu addımı bir daha onun xalqına və vətəninə bağlı bir insan olduğunun sübutu idi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanını ziyarət edərək qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməsini və burada memorial kompleks ucaldılması tapşırığını verdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev tərəfindən şəhid ailələri daim diqqət və qayğı göstərilməkdədir. Bu gün şəhid ailələrin sosial rifahının yaxşılaşdırılması və onların problemlərinin həll edilməsi istiqamətində dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmaqdadır”.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. 33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Azərbaycan xalqı 33 ildir ki, müstəqillik uğrunda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yadd edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir