Daha bir partiya seçki hazırlığına başladı 

0

Parlament seçkiləri ilə bağlı müzakirələrin intensiv xarakter alması bir sıra partiyaları hərəkətə gətirib. Artıq REAL, Ümid, KXCP və Müsavat partiyaları hazırlıq işlərinə başladıqlarını bəyan ediblər. 


Turanın səsi ” xəbərinə görə , Müasir Müsavat Partiyası da seçkilərə hazırlıq marafonuna qoşulub. Bu barədə açıqlamasında partiya sədri Hafiz Hacıyev danışıb. Partiya sədri bildirib ki, Müasir Müsavat partiyasının seçkilərdə iştirakı artıq dəqiqdir: 

“Biz parlament seçkilərində iştirak edəcəyik və partiyamızın üzvlərinin qalib gəlməsinə tam əminik. Buna tam gücümüz çatır və parlamentdə yetərincə iştirak edəcək nümayəndələrimiz var. Düşünürəm ki, millətimizin, dövlətimizin gələcəyi üçün müsbət töhfələri parlamentdə verməliyik”. 

Hafiz Hacıyev özünün namizəd olub-olmayacağı ilə bağlı suala isə ümumi cavab verib. O, hazırda müvafiq dairələr üzrə namizədlərin seçilməsi ilə bağlı partiya daxilində müzakirələrin getdiyini qeyd edib:

“Hələlik partiyada bu məsələləri geniş müzakirə olunur. Partiyamızda çox ləyaqətli gənc kadrlar var. Artıq parlament seçkiləri ilə bağlı dairələr üzrə namizədlərin təyin olunması ilə bağlı müəyyən strukturlar yaradılıb. Yerlərdə və rayon təşkilatlarında bu istiqamətdə lazımi işlər aparılır. Bu məsələ son mərhələdə müzakirə ediləcək və qəti qərarlar veriləcək”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir