“Çalışırlar ki, Ermənistanı yenidən müharibəyə təhrik etsinlər” – Deputatdan AÇIQLAMA
“Cozep Borrell son mətbuat konfransında bir neçə Azərbaycanla bağlı məqama toxunub. Bunlardan da biri guya cənab Prezident İlham Əliyev verdiyi son müsahibədə Ermənistanın ərazi bütövlüyünün hər hansı bir pozulması ilə bağlı fikir yürüdüb. Bunun hamısı absurd məsələdir. Məlumdur ki, Cozep Borrellin dediyi kimi, Avropa İttifaqına üzv olan ölkələr belə hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara getməlidir, münasibətlər normallaşmalıdır və danışıqlara yenidən qayıdılmalıdır”.
“Turanın səsi ” xəbər veri ki , bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, əks halda Avropa İttifaqı məhz Azərbaycana qarşı müəyyən addımlar ata bilər.
“Məlumdur ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistana həm danışıqları təklif edir, eyni zamanda, danışıqlarla bağlı sülh müqaviləsinin imzalanması, delimitasiya komissiyasının işi və digər istiqamətdə çox ciddi addımlar atılıb və heç bir vaxt biz onlarla ərazi iddiası ilə danışmamışıq. Eyni zamanda bunların qabartdığı məsələ ki, Azərbaycan müharibəyə hazırlaşır, bu, hamısı ikili standartdan xəbər verən məsələdir. Avropa İttifaqı çox çalışır ki, məhz bütün danışıqlar onların patronajı altında keçsin və bu regionda iki dövlət arasında olan münasibətlər bunlardan yan keçməsin. Bu, alınan məsələ deyil. Çünki Azərbaycanın öz xarici və daxili siyasəti var və bu məsələlərdə də birmənalı şəkildə öz fikrini bildirir və deyir. Bununla bağlı Azərbaycan xarici işlər naziri də öz fikirlərini bildirib. Yəni danışıqların getdiyi məqamda qızışdırıcı mövqe tutmaq heç bir çərçivəyə sığmır. Sanki Avropa İttifaqı razı qala bilmir ki, artıq sentyabr ayından lokal antiterror əməliyyatlarından sonra regionda bir sakitlik yaranıb, atışmalar kəsilib.
Bu və ya digər şəkildə, hətta Fransanın timsalında deyə bilərik ki, silahlandırma prosesi davam edir və çalışırlar ki, Ermənistanı yenidən bir müharibəyə təhrik etsinlər və müxtəlif şayiələrlə Ermənistanın NATO üzvü olmağını istəyirlər. Eyni zamanda guya Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatından çıxmağı ilə bağlı bəyanatlar səsləndirirlər. Bunun hamısı Ermənistandan bir vasitə kimi istifadə edərək regionda baş verən hadisələrə təsir etməkdir. Təbii ki, Avropa İttifaqı çox ciddi siyasi dividentlər götürürdü. Vaxtilə ATƏT-in MİNSK qrupu həmsədrliyi ancaq deklarativ bəyanatlar verdi. İndi də bunlar bu bəyanatları verməklə ancaq qızışdırıcı bir mövqe tuturlar. Azərbaycan da buna adekvat olaraq öz cavabını verəcəkdir. Məlumdur ki, burada Avropanın əsas məkrli siyasəti məhz Ermənistanı nəyin bahasına olur olsun, istər müstəmləkəçilik siyasəti, istər digər istiqamətdən qızışdıraraq bir təcavüzkar təxribat planlarını həyata keçirməyə hazırlaşsınlar. Borrellin məhz Fransanın Azərbaycanda olan iki diplomatının persona non-qrata elan olunaraq ölkədən qovulması məsələsini yenidən gündəmə gətirməsi artıq baş verən proseslərə, istintaq işlərinə müdaxilə deməkdir. Bunun da hamısını bir daha qeyd etmək istəyirəm ki, təməlində qərəz durur və Ermənistandan bir vasitə kimi istifadə edərək Azərbaycana qarşı siyasi və iqtisadi cəhətdən təzyiqlər əsas məram, məqsədləridir”, – deyə A.Nağıyev qeyd etdi.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI