Cəmi 2 hərbçimizin 32 erməni ilə əvəzlənməsi,Müzəffər Ali Baş Komandanın hər bir əsgərinə verdiyi qiymətin nəticəsi olaraq qəbul olunmalıdır -DEPUTAT
Azərbaycan və Ermənistan arasında hərbçi əsirlərin qarşılıqlı mübadiləsi, şübhəsiz ölkələrimizi bir-birinə yaxınlaşdıracaq, xalqlar arasında etimad mühitinin formalaşmasını şərtləndirəcəkdir.
Bu barədə “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki , Cəmi 2 hərbçimizin 32 erməni ilə əvəzlənməsi, Prezident İlham Əliyevin humanizm ideyalarına sadiqliyinin, Müzəffər Ali Baş Komandan olaraq, hər bir əsgərinə verdiyi qiymətin nəticəsi olaraq qəbul olunmalıdır.
Ələlxüsus, saxta ittihamlarla ömürlük həbs cəzasına məhkum olunmuş əsgərlərimizin valideynlərinin, yaxınlarının sevincini başa düşmək olar.
Müharibədən sonra, müxtəlif beynəlxalq platformalarda, Ermənistan tərəfi, dünya erməniliyi əsir məsələlərindən yeri gəldi, gəlmədi Azərbaycan əleyhinə təbliğat, təzyiq vasitəsi kimi istifadə edirdi. İndi bu arqumentlərdən də məhrum olmaqdadırlar. Bütün bunlar, onu göstərir ki, hər iki xalq sülhə meyillidi, barışıq istəyir. Razılaşma tək bizim xalqlarımız yox, bütövlükdə regionun sülhsevər xalqları yüksək qiymətləndirir.
Təbii, əsirlərin mübadiləsi, Ermənistanın bizim xeyrimizə COP 29-a ev sahibliyindən Azərbaycanın xeyrinə geri götürməsi, qarşılıqlı etimadı artırır və sülh müqaviləsinin bağlanmasını sürətləndirə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI