“Bütün dairələrdə seçkilər normal keçib” – Məzahir Pənahov
Bütün dairələrdə seçkilər normal keçib.
“turaninsesi.az” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı brifinqdə deyib.
O bildirib ki, ümumiyyətlə MSK-ya heç bir şikayət daxil edilməyib.
“1 589 178 nəfər səs verib. 1 580 532 bülleten sayılıb”.
M.Pənahov qeyd edib ki, 118 seçki dairəsi, 4872 məntəqə hesabat verib.
Onun sözlərinə görə, lider namizədlərin sayı 7 791 nəfərdir. M.Pənahov vurğulayıb ki, 413 bələdiyyə artıq formalaşıb.