Bu il Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün deyil -DEPUTAT
“İl başa çatmaq üzrədir. Görünən odur ki, bu il Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün deyil”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O bildirib ki, sülh müqaviləsinin imzalanması üçün hər şeydən əvvəl siyasi iradə olmalıdır və müstəqil siyasət aparmalısan:
“Bunların heç biri bu günki Ermənistanda yoxdur. Digər bir məsələ isə, sülh müqaviləsinin məzmunu və bəzi prinsipial məsələlərlə bağlıdır. Təbii ki, Azərbaycan üçün ən vacib məsələ, sülh müqaviləsində Qarabağla əlaqəli hər hansı ifadənin yer alması, qəbul edilməzdir”.
Deputat qeyd edib ki, ermənilər, bəzi xarici və daxili təzyiqlər nəticəsində Qarabağ ermənilərinin gələcək taleləri haqqında bəndləri daxil etmək istəyirlər:
“Bu da, gələcəkdə ölkəmizin daxilində separatçılıq ocağının qalması deməkdir və biz buna gedə bilmərik”.
Nəsib Məhəməliyev, “Bir məsələni də qeyd etmək yerinə düşər ki, sülh müqaviləsinin imzalanması, müəyyən mənada regionda və dünyada gedən geosiyasi proseslərdən, böyük dövlətlərdən asılıdır. Bu baxımdan, münbit geosiyasi şərait yetişdiyi halda, 2024-cü ildə sülh müqaviləsi imzalana bilər”, – deyə bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI