Bu il Azərbaycanda 14 nəfərə general rütbəsi verilib – SİYAHI

Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib.

turaninsesi.az ” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb:

Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu Məhərrəmova,

Polkovnik Vasif Tofiq oğlu Xəlilova,

Polkovnik Elnur Sadıq oğlu Kazımova 

Polkovnik Elgün Aqil oğlu Əliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Həmin tarixdə dövlət başçısı tərəfindən imzalanan daha bir sərəncamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Mürsəl Qorxmaz oğlu İbrahimov “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.

Dövlət başçısının bu ilin avqust ayının 16-da verdiyi sərəncama görə, general-mayor Babək Vahid oğlu Qurbanov 

“general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev

  Polkovnik Azər Əliyusif oğlu Şirinov isə “general-mayor” ali hərbi rütbələri alıb.

Azərbaycan prezidentinin 30 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Həmin gün imzalanan daha bir sərəncamla, polkovnik Anar Müslüm oğlu İsmayılov “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.

Azərbaycan liderinin 24 oktyabr 2025-ci ildə imzaladığı sərəncama görə, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərov “general-mayor” ali hərbi rütbəsi alıb.

Dövlət başçısı son olaraq 7 noyabr 2025-ci ildə general-mayor Kənan Əlihüseyn oğlu Seyidova 

General-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsi,

Polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə,

Polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə,

Polkovnik Anar Tofiq oğlu Hüseynova 

Polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Arzu Paşaqızı