Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər – SİYAHI
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə təxminən 3 həftə qalıb. Sentyabrın 1-də seçicilər 125 dairə üzrə növbəti 5 ildə onları Milli Məclisdə təmsil edəcək şəxsləri müəyyənləşdirəcəklər.
“turaninsesi.az” xəbər verir ki, hazırda deputat mandatı uğrunda 1000-dən çox namizəd mübarizə aparır. Onlar 20-ə yaxın siyasi partiyanı və bitərəfləri təmsil edirlər.
Müxalifətin aparıcı təşkilatlarının parlament seçkilərində iştirakı siyasi proseslərə yeni rəng qatıb.
“turaninsesi.az ” parlament seçkilərinin nəticələrinə dair maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri bizimlə söhbət zamanı deyib ki, hakimiyyət bu dəfə opponentlərinə mane olmayacaq. Seçicilərin etimadını qazanan müxalifət təmsilçilərinin qələbəsi tanınaraq, onların Milli Məclisdə təmsilçiliyinə şərait yaradılacaq.
Saytımız 1 sentyabr seçkilərindən sonra Milli Məclisdə hansı müxalifət partiyasının neçə deputatla təmsil olunacağına dair maraqlı məlumatlar əldə edib.
İddialar əsasında formalaşan həmin məlumatları təqdim edirik:
ReAL Partiyası – 2 deputat
Ədalət, Hüquq və Demokratiya Partiyası – 2 deputat
Vətəndaş Həmrəyliyi Partiyası – 2 deputat
Böyük Quruluş Partiyası – 1 deputat
Müsavat Partiyası – 1 deputat
Ümid Partiyası – 1 deputat
Azad Vətən Partiyası -1 deputat
Yeni Zaman Partiyası -1 deputat
Milli Cəbhə Partiyası – 1 deputat
Azərbaycan Xalq Partiyası – 1 deputat
Böyük Azərbaycan Partiyası – 1 deputat
Seçki günü digər namizədlərin topladıqları səsə uyğun olaraq, siyahıda müəyyən dəyişikliklərin baş verməsi istisna edilmir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI