“Boz kardinal”ın vəkili kimdir? – Foto

Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.
“turaninsesi.az” xəbər verir ki, bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.
O, DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.
Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.

Arzu Paşaqızı