Baş Prokurorluqda yeni təyinat olub
Əvvəllər Hərbi Prokurorluqda işləyən şəxs İdarə rəisi təyin olunub.
“Turanın səsi” in xəbərinə görə bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.
Qeyd edək ki, Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09