Baş nazirdən mühüm qərar – 2029-cu ilədək…

Bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.

turaninsesi.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.

Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək mis məmulatlarına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.

Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI