Bakıda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

0

Heydər Əliyev Mərkəzində Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Turanın səsi ” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra xarici ölkələrin Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri və digər şəxslər iştirak edirlər.

Əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayev konfrans iştirakçılarını salamlayıb, ölkəmizə təşrif buyurduqları üçün qonaqlara və həmkarlarına minnətdarlığını bildirib.

Sonra Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Milli Məclisin beynəlxalq konfransın iştirakçılarına müracitəni Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli oxuyub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Lirinin konfrans iştirakçılarına videomüraciəti göstərilib.

Konfransda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev “Azərbaycan Respublikası Ali Məhkəməsinin keçdiyi tarixi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans davam edir.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir